CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi ərazilərdə istilik mövsümü niyə gecikir?

"Qazanxanalar mərhələli şəkildə işə salınır. Həmin ərazilərdə də istilik mövsümü başlayacaq. Yəqin ki, sabaha bu işlər yekunlaşacaq".
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. Ötən gündən etibarən istilik mövsümünə start verilsə də, bəzi ərazilərə hələ də istlik verilməyib. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətindən məsələyə münasibət öyrəndik.

Qurumdan Sputnik Azərbaycan-a açıqlamada bildirilib ki, digər ərazilərin də istiliyi yaxın vaxtlarda təmin olunacaq. Həmin ərazilərdə istlik mövsümünün gecikməsinin səbəbi isə belə izah olunub: "Qazanxanalar mərhələli şəkildə işə salınır. Həmin ərazilərdə də istilik mövsümü başlayacaq. Yəqin ki, sabaha bu işlər yekunlaşacaq".