"Bizim övladlarımızı qaytarın!" – Ermənistan Müdafiə Nazirliyi önündə aksiya

O qeyd edib ki, oğlu heç bir lazımi təcrübə toplamadan Qarabağda ön cəbhəyə göndərilib. Lakin o övladının adını heç bir siyahıda tapa bilmir.
Sputnik

BAKI, 16 noyabr — Sputnik. Hərbçi övladları itkin düşmüş onlarla valideyn və onların yaxınları Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirirlər. Sputnik Ermənistan xəbər verir ki, onlar Müdafiə Nazirliyindən öz yaxınlarının harada olması sualına cavab tələb edirlər.

Ermənistan Müdafiə Nazirliyi önündə vəziyyətin gərgin olduğu bildirilir. Nazirliyin inzibati binası polis tərəfindən mühasirəyə alınıb.

Valideynlər hərbi qurumdan övladlarının koordinatlarını vermələrini tələb edirlər. Onlar övladlarının arxasınca getməyə hazır olduğunu qeyd edirlər.

"Övladlarımız hardadırlar? Bizim övladlarımızı qaytarın! Niyə onların adları heç bir siyahıda yoxdur", - deyə hərbçi valideynindən biri qeyd edib.

Qarik Mxitaryan jurnalistlərə bildirib ki, oğlu orduya avqust ayında çağırılıb. O qeyd edib ki, oğlu heç bir lazımı təcrübə toplamadan Qarabağda ön cəbhəyə göndərilib. Lakin o övladınn adını heç bir siyahıda tapa bilmir.

Hazırda aksiya davam edir.