CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı aparıcı Amerikada ailə qurdu

Tanınmış aparıcı Türkiyə vətəndaşı Aslan Demir adlı şəxslə ailə qurub. Cütlüyün toyu Seynt Çarlz şəhərində gerçəkləşib.
Sputnik

 

BAKI, 16 noyabr — Sputnik. Azərbaycanlı aparıcı Elvira İsmayılova evlənib. Sputnik Azərbaycan xəbər verir ki, o, Amerikada özünə toy edib. E.İsmayılova Türkiyə vətəndaşı Aslan Demir adlı şəxslə ailə qurub. Cütlüyün toyu Seynt Çarlz şəhərində gerçəkləşib. Toyunda Elviranı yaxın dostu, eks-aparıcı Rüfət Ağayev tək qoymayıb.

Qeyd edək ki, E.İsmayılova uzun illər Azad Azərbaycan telekanalında, 106.3 FM-də, daha sonra isə 107.7 FM-də çalışıb.