RUSİYA

Rusiya sülhməramlılarının növbəti hərbi təyyarələri İrəvan hava limanına enib

Rusiyanın Müdafiə Nazirliyi: 15-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyətinin və zirehli maşınların olduğu daha iki "An-124" tipli hərbi nəqliyyat təyyarəsi İrəvan hava limanına enib.
Sputnik

BAKI, 15 noyabr — Sputnik. 15-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyətinin və zirehli maşınların olduğu daha iki "An-124" tipli "Ruslan" hərbi nəqliyyat təyyarəsi İrəvan hava limanına enib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Təyyarə ilə 10 ədəd "BTR-82A" zirehli texnika, maddi-texniki təminat avadanlıqları, həmçinin sülhməramlı bölmələrin təxminən 30 hərbi qulluqçusu çatdırılıb" deyilir.

Bildirilir ki, yüklərin boşaldılmasından, bölmələrin texnikalarının yoxlanılmasından və hazırlanmasından sonra Qoris şəhərindəki cəmləşmə ərazisinə üç yüz kilometrlik yürüş həyata keçiriləcək.

Bundan əvvəl Qarabağa 170 sülhməramlının olduğu 20 təyyarənin göndərildiyi xəbər verilmişdi.