RUSİYA

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməliyyat qrupu Dağlıq Qarabağa göndərilib

Rusiyanın Fövqəladə Hallar naziri Yevgeni Ziniçev deyib ki, yola düşənlərin məqsədi orada vəziyyəti qiymətləndirmək və gələcək fəaliyyətləri əlaqələndirməkdir.
Sputnik

BAKI, 15 noyabr - Sputnik. Rusiya Fövqəladə Hallar Nazirliyinin 30 mütəxəssisdən ibarət əməliyyat qrupu Dağlıq Qarabağa göndərilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar naziri Yevgeni Ziniçev məlumat verib.

O, bildirib ki, yola düşənlərin məqsədi orada vəziyyəti qiymətləndirmək və gələcək fəaliyyətləri əlaqələndirməkdir. Eyni zamanda Nazirliyin xilasetmə mərkəzlərində 20 avadanlıqla birlikdə 150 mütəxəssisdən ibarət bir qrup da hazır vəziyyətə gətirilib. Bu isə ərazidə mobil hospital qurmaq və zərurət yarandığı halda əhaliyə tibbi yardım göstərmək üçündür.