İQTİSADİYYAT

Professor: “İcbari sığortalar sığorta bazarının canlandırılmasında mühim amildir”

İqtisad elmləri doktoru, professor Nizami Xudiyev deyir ki, bazarda bir neçə sığorta şirkəti daha çox paya malik olmaqla rəqabət mühitinin azalmasına gətirib çıxarır
Sputnik

Bu gün Azərbaycanın sığorta bazarı daha yüksək inkişaf dinamikasına nail olmaq üçün kifayət qədər potensiala malikdir. Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktorunun müşaviri Məmməd Ağayev deyib.

İqtisad elmləri doktoru, professor Nizami Xudiyev Sputnik Azərbaycan-a deyir ki, sığorta şirkətləri potensial imkanlardan düzgün istifadə etməlidirlər:

“Sığortaçılıq sahibkarlıq fəaliyyəti olsa da, sosialyönümlü tədbirlər və amillər sığortaçının mənfəətindən öndə olmalıdır. O sığortaçı ki, qarşısına ancaq mənfəət uğrunda mübarizəni qoyur, rəqabət mübarizəsində bütün üsullardan istifadə edir, o, sığorta bazarının inkişafında buxova çevrilir. Bazarda bir neçə sığorta şirkəti daha çox paya malik olmaqla rəqabət mühitinin azalmasına gətirib çıxarır. Dövlət tərəfindən tətbiq edilən icbari sığortalar bazarın canlandırılmasında, sığortalıların sığortaya meyl etməsində mühim amildir. Məhdud maliyyə imkanları olanlara daha ucuz, keyfiyyətli, maraqlandırıcı mikro-sığorta alətlərindən istifadə olunmalıdır. Bu metodlar rəqabət mühitinin yaxşılaşmasına, sığorta növlərinin daha canlı olmasına və sığortalıların ona müraciət etməsinə gətirib çıxaracaqdır”.

Nizami Xudiyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz