İQTİSADİYYAT

Vüsal Qasımlı azad edilmiş ərazilərin iqtisadi inkişafa təsirlərini şərh edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyir ki, iqtisadiyyatımızın güclənməsi ordumuzun, diplomatiyamızın güclənməsinə gətirib çıxaracaq
Sputnik

“İşğaldan azad olunacaq rayonların torpaq, meşə, su, yeraltı sərvətləri və digər resursları Azərbaycanın iqtisadi dövriyyəsinə cəlb olunacaq”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanın müzəffər Qələbəsinin şərh edərkən deyib.

O bildirib ki, bu cəlbolunma sənayenin, aqrar sektorun və xidmət sahələrinin sürətlə inkişafına gətirib çıxaracaq:

“Azərbaycan Naxçıvan üzərindən Türkiyə ilə birbaşa əlaqəyə çıxır ki, bu bütövlükdə regionun inkişafı üçün əlverişli imkanlar yaradacaqdır. Bu da Azərbaycan iqtisadiyyatının yeni intibah dövrünə qədəm qoymasına şərait yaradacaq. Bu imkan verəcək ki, islahatları kompleks və sistemli şəkildə davam etdirək. İqtisadiyyatımızın güclənməsi ordumuzun, diplomatiyamızın güclənməsinə gətirib çıxaracaqdır”.

Vüsal Qasımlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz