HADİSƏ

Verillişdən çıxan müğənni infarkt keçirdi

İfaçı təcili olaraq xəstəxanaya aparılıb. Müğənninin oğlunun mətbuata açıqlamasına görə, Mustafa Topaloğlunun ürəyində anju əməliyyatı həyata keçirilib
Sputnik

BAKI, 13 noyabr — Sputnik. Türkiyəli ifaçı Mustafa Topaloğlu xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün müğənnilər Demet Akalın və Alişanın proqramına qatılan sənətçi oradan çıxdıqdan sonra infarkt keçirib.

Məşhur təcili olaraq xəstəxanaya aparılıb. Müğənninin oğlunun mətbuata açıqlamasına görə, Mustafa Topaloğlunun ürəyində anju əməliyyatı həyata keçirilib. Qeyd edək ki, müğənni 2 il əvvəl də infarkt keçirib.

Məlumat üçün bildirək ki, müğənni "Beyaz Gelin", "Canım", "Emine", Hedef İnsanlık", "Kafam Bozuk Bu Sıralar", "Keyf", "Makbule" adlı albomların müəllifidir.