Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Ordusu üçün videoçarx hazırlayıb

"Dağlıq Qarabağda böyük bir zəfər əldə edərək bizi qürurlandıran Azərbaycan Türkü qardaşlarımıza və onların qəhrəman ordusunun qəhrəman əsgərlərinə ithaf olunur..." - Türkiyə Müdafiə Nazirliyi
Sputnik

BAKI, 14 noyabr — Sputnik. Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Qarabağ müharibəsindəki qələbəsinə həsr olunan videoçarx hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, videoçarx Türkiyə Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində paylaşılıb.

"Dağlıq Qarabağda böyük bir zəfər əldə edərək bizi qürurlandıran Azərbaycan Türkü qardaşlarımıza və onların qəhrəman ordusunun qəhrəman əsgərlərinə ithaf olunur...", - deyə məlumatda bildirilir.