BAKI, 14 noyabr — Sputnik. Rusiya hərbçiləri noyabrın 14-də Qarabağda müşahidə poatlarının qurulmasını başa çatdıracaqlar. RİA Novosti xəbər verir ki, bu barədə Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov məlumat verib.
"Mərkəz hərbi dairəsinin 15-ci əlahiddə motoatıcı sülhməramlı briqadası… bu gün təmas xətti boyunca bütün müşahidə postlarının qurulmasını tam olaraq başa çatdıracaq", - o bildirib.