QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Professor: “Azad edilmiş torpaqların radioaktiv vəziyyəti qiymətləndirilməlidir”

Bakı Dövlət Universiteti rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov deyir ki, onlar həmin əraziləri minalamaqdan əlavə sənaye tullantıları, xüsusən də atom elektrik stansiyasının tullantıları ilə çirkləndiriblər
Sputnik

“Erməni vandalları işğal olunmuş ərazilərimizdə hər şeyi vəhşicəsinə dağıdıblar”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Bakı Dövlət Universiteti rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov deyib.

Professor bildirib ki, onların bu vəhşiliyi təbiətdə də özünü büruzə verəcəkdir:

“Bu addımlar torpaq örtüyü, su mənbələri, canlı orqanizmlərə, meşə ehtiyyatlarında öz təsirini göstərəcək. Bu dörd qrup üzrə dərin elmi diaqnostikanın aparılması vacibdir. Çox güman ki, onlar həmin əraziləri minalamaqdan əlavə sənaye tullantıları, xüsusən də atom elektrik stansiyasının tullantıları ilə çirkləndiriblər. Həmin torpaqların radiokativ vəziyyəti qiymətləndirilməlidir”.