Şotlandlar penaltilərlə serblərə qalib gələrək Avropa çempionatına çıxıblar

Serblər oyunun əsas vaxtının başa çatmasına bir neçə dəqiqə qalmış hesabı bərabərləşdirsələr də, penaltidən istədikləri nəticəni əldə edə bilməyiblər.
Sputnik

Şotlandiya millisi penalti seriyasında Serbiya komandasına qalib gələrək futbol üzrə Avropa çempionatının final mərhələsinə vəziqə qazanıb.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib. Şotlandlarda qolu Rayan Kristi 52-ci dəqiqədə vurub. Meydan sahibləri 90-cı dəqiqədə Luka Yoviçin topu ilə hesabı bərabərləşdiriblər. Əlavə vaxtda hesab dəyişməyib. Penaltilər seriyasında şotlandlar daha dəqiq olublar - 5:4.

Şotlandiya yığması pandemiya səbəbindən 2021-ci ilə keçirilmiş AVRO-2020-nin final mərhələsində D qrupunda İngiltərə, Xorvatiya və Çexiya komandaları ilə oynayacaq.