İranla sərhəddə silahlı insident olub, üç sərhədçi öldürülüb

Polisin "İran inqilabı əleyhinə olan silahlı şəxslər" kimi təqdim etdiyi naməlum şəxslərlə atışma zamanı, təhlükəsizlik xidmətinin iki əməkdaşı da yaralanıb.
Sputnik

BAKI, 13 noyabr - Sputnik. İranın şimal-qərb sərhədində silahlı insident baş verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü yerli vaxtla saat 13.50-də Qərbi Azərbaycan əyalətində baş verib.

Naməlum silahlı şəxslər İran ərazisinə girməyə cəhd ediblər. Bunun qarşısı alınan zaman üç İran sərhədçisi həlak olub. 

Polisin "İran inqilabı əleyhinə olan silahlı şəxslər" kimi təqdim etdiyi naməlum şəxslərlə atışma zamanı, təhlükəsizlik xidmətinin iki əməkdaşı da yaralanıb.