Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanat imzalanıb.
Həmin bəyanata əsasən, Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 nəfər hərbi qulluqçudan, 90 zirehli transportyordan, 300 vahid avtomobil və xüsusi texnikadan ibarət sülməramlı kontingentinin yerləşdirilməsi qərara alınıb.
Artıq Rusiya sülhməramlıları Qarabağda öz postlarını qurmağa başlayıblar. Sputnik Azərbaycan həmin görüntüləri əks etdirən fotolenti təqdim edir.