SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin ümid edir ki, bundan sonra "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi işlədilməyəcək

Rusiya Prezidenti Dağlıq Qarabağda humanitar məsələlərin həll edilməsi və mülki infrastrukturun bərpa olunması məqsədilə Qurumlararası Humanitar Mərkəzin yaradılması haqqında nazirlərə məlumat verib.
Sputnik

BAKI, 13 noyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, fövqəladə hallar naziri Yevgeniy Ziniçev və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla Dağlıq Qarabağ rayonunda humanitar məsələlərlə bağlı iclas keçirib.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda Rusiya Prezidenti Dağlıq Qarabağda humanitar məsələlərin həll edilməsi və mülki infrastrukturun bərpa olunması məqsədilə Qurumlararası Humanitar Mərkəzin yaradılması haqqında məlumat verib.

"Biz bura Dağlıq Qarabağ münaqişəsi zonasındakı mövcud vəziyyəti müzakirə etmək üçün toplaşmışıq. Ümid edirəm ki, bundan sonra artıq "Dağlıq Qarabağ münaqişəsi" ifadəsindən istifadə etməyəcəyik", - deyə V. Putin bildirib.