SƏHİYYƏ

Maskadan tezliklə qurtulacağıq - Səhiyyə naziri

"Koronavirus peyvəndi ilə bağlı aparılan tədqiqatlarda irəliləmələr qeydə alınıb. Nəticələri gözləyək. Evimizdən kənarda, başqaları ilə olduğumuz hər yerdə maskalarımızı qaydalara uyğun geyinək"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 noyabr — Sputnik. Türkiyənin Səhiyyə naziri Fahrettin Koca koronavirus infeksiyası ilə bağlı özünün "Twitter" hesabından məlumat yayıb.

Sputnik Azərbaycan-ın "Hürriyet"ə istinadən xəbərinə görə, nazir bunu peyvəndin hazırlanması ilə bağlı işlərdə yeniliklərin olması ilə əsaslandırıb. O bildirib ki, maska tezliklə həyatımızdan çıxacaq: "Sərbəst şəkildə nəfəs aldığımız günlər üçün darıxmışıq. Maska tezliklə həyatımızdan çıxmış olacaq. Koronavirus peyvəndi ilə bağlı aparılan tədqiqatlarda irəliləmələr qeydə alınıb. Nəticələri gözləyək. Evimizdən kənarda, başqaları ilə olduğumuz hər yerdə maskalarımızı qaydalara uyğun geyinək. Səbriniz üçün təşəkkür edirəm".