SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov və Mnatsakanyan Qarabağdakı vəziyyəti müzakirə etdi

Tərəflər Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Federasiyası prezidentinin bu ilin noyabrın 9-da bəyanatının praktiki reallaşması ilə bağlı məsələləri müzakirə edib.
Sputnik

BAKI, 13 noyabr — Sputnik. Rusiya və Ermənistan Xarici İşlər nazirləri Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında telefon danışığı baş tutub. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Tərəflər Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Federasiyası prezidentinin bu ilin noyabrın 9-da bəyanatının praktiki reallaşması ilə bağlı məsələləri müzakirə edib. Xüsusi ilə diqqət regionda çətin humanitar vəziyyətə və onunla bağlı məsələlərin həllinə yönəlib", - deyə məlumatda qeyd olunur.

Bundan əlavə, gündəlikdə olan ikitərəfli məsələlərə də toxunulub.