BAKI, 13 noyabr — Sputnik. Rəsmi Moskva vurulan Rusiya helikopterinə görə Azərbaycanın üzrxahlığını qəbul etdi. Çünki bu üzrxahlıq çox tez səsləndirildi. Sputnik Azərbaycan "RT"-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu doğrudan da fəlakət, faciədir. Bizim iki hərbçimiz həlak oldu. Təbii ki, bu, bütün hərbi rəhbərliyimiz və silahlı qüvvələrdə xidmət edən insanlarımız, vətəndaşlarımız üçün ağrılıdır. Azərbaycanlıların, Azərbaycan prezidentinin ani reaksiyası, Azərbaycanın qərəzsiz şəkildə hadisəni araşdırması və günahkarları cəzalandırmağa hazır olmasına dair bəyanatı bu üzrü qəbul etməyə imkan verdi", - Peskov deyib.
Qeyd edək ki, Rusiyaya məxsus "Mi-24" helikopteri noyabrın 9-u Azərbaycanla sərhədin yaxınlığında Ermənistan üzərində vurulub. İki ekipaj üzvü ölüb, biri yaralanıb.