Koronavirusun faydası – qatil öldü

2016-cı ildə isə o, həbs edilməsi üçün sağlamlıq problemi olmadığı haqda arayış alındıqdan sonra Franklanda həbsxanasına göndərilmişdi.
Sputnik

BAKI, 13 noyabr — Sputnik. Böyük Britaniyada "Yorkshire Ripper" olaraq tanınan və 13 qadın öldürən qatil Peter Sutklife koronavirus infeksiyasından dünyasını dəyişib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 74 yaşlı qatilin koronavirus testi pozitiv çıxmışdı. Qatil xəstəxanada dünyasını dəyişib.

Qatil 1975 və 1980-cı illərdə 13 qadını öldürərək, "Yorkshire Ripper" adını qazanmışdı.

Sutklife 1981-ci ildə həbs edilmiş, ancaq sağlamlıq problem olduğu üçün Broadmoor xəstəxanasına aparılmışdı. 2016-cı ildə isə həbs edilməsi üçün sağlamlıq problemi olmadığı haqda arayış alındıqdan sonra Franklanda həbsxanasına göndərilmişdi.