MƏDƏNİYYƏT

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda nümayiş olunacaq

Filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovdur. Bildirilib ki, festival müxtəlif sivilizasiyalara və mədəniyyətlərə yönəlmiş keyfiyyətli filmləri tanıtmaq məqsədi daşıyır
Sputnik

BAKI, 13 noyabr — Sputnik. "Nobel qardaşlarının ilk uğuru" filmi noyabrın 15-də növbəti beynəlxalq festivalda nümayiş ediləcək. Beləki, film Avstriyanın Linz Beynəlxalq Qısa Film Festivalının siyahısına daxil olunub.

Sputnik Azərbaycan xəbər verir ki, filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovdur. Bildirilib ki, festival müxtəlif sivilizasiyalara və mədəniyyətlərə yönəlmiş keyfiyyətli filmləri tanıtmaq məqsədi daşıyır.

Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xəqani Məmmədovdur. Mətni Xalq artisti Eldost Bayram oxuyub.

Məlumat üçün bildirək ki, film Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs edir. Filmin çəkilişinə 2018-ci ildə başlanılıb, 17 mart 2019-cu ildə tamamlanıb.