Bakı da qışa hazırdır - istilik mövsümündə evlər isinəcək

Hazırda Birliyin ümumi əhali abonentlərinin sayı 2 milyon 310 min 414 təşkil edir. Bundan 1 milyon 413 min 177 abonent regionların, 897237 abonent isə Bakı şəhərinin payına düşür
Sputnik

BAKI, 13 noyabr — Sputnik. 2020-ci ilin yanvar-oktyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 61453 yeni abonent qeydiyyata alınıb. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, bunun 44176-sı Bakı, Abşeron və Sumqayıt, 17277-si isə regionlar üzrədir. Oktyabr ayı ərzində isə əhali sektoru üzrə qeydiyyata alınan yeni abonentlərin sayı 7115 təşkil edib. Bunun 5404-ü Bakı, Abşeron və Sumqayıt, 1711-i isə regionlar üzrədir. 

Beləliklə, hazırda Birliyin ümumi əhali abonentlərinin sayı 2 milyon 310 min 414 təşkil edir. Bundan 1 milyon 413 min 177 abonent regionların, 897237 abonent isə Bakı şəhərinin payına düşür.