Qasırğalar ili - 2020

ABŞ milli fırtına mərkəzi rəsmi şəkildə bu il Teta fırtınasının 29-cu olduğunu bəyan edib. Bu isə 2005-ci il rekordunu yeniləyib
Sputnik

BAKI, 12 noyabr — Sputnik. 2020-ci ildə Atlantik qasırğası mövsümündə (bu dövr iyun-noyabr ayları arasında davam edir) rekord həddə - 29 fırtına qeydə alınıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu fıtınalar daha çox ABŞ-ın cənub-şərqində, Karib dənizi və Mərkəzi Amerikada müşahidə edilib.

Təbii fəlakətlər minlərlə insanın evakuasiyasına səbəb olub və təxminən 20 milyard dollar maddi ziyan vurub.

ABŞ milli fırtına mərkəzi rəsmi şəkildə bu il Teta fırtınasının 29-cu olduğunu bəyan edib. Bu isə 2005-ci il rekordunu yeniləyib. Belə ki, 2005-ci ildə Katrin qasırğası 28-ci idi.

Küləyin sürəti saatda 62 kilometri keçəndə fırtınaya ad verilir. Məlumdur ki, fırtınalar latın əlifbasının hərfləri ilə adlandırılır. 2020-ci ildə ekspertlər yunan hərflərinə keçiblər. Çünki mövsümün sonuna bir qədər zaman qalıb və bütün mümkün variantlar tükənib. Alimlər qasırğaların tezliyi və gücünün okean sularının istiləşməsi ilə əlaqəli olduğunu qeyd edirlər.

Pensilvaniya Dövlət Universitetinin Yer Sistemi Elm Mərkəzinin direktoru Maykl Man qeyd edib ki, planeti tropik Atlantikdə istiləşdirməyə davam etdiyimiz təqdirdə şiddətli tropik fırtına və qasırğaları körükləmək üçün daha çox enerji meydana gələ bilər.

2020-ci il aktiv qasırğa mövsümü 1980-cı illərdə mərkəzi Atlantikada hava çirkliliyinin regional azalmaları və La Ninya hava dövrünə aid edilə bilər.