QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyənin heç bir sülhməramlısı Qarabağa göndərilməyəcək - Sergey Lavrov

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib ki, monitorinq distansiyalı rejimdə pilotsuz uçan aparatlar və digər texniki vasitələrin köməkliyi ilə həyata keçiriləcək.
Sputnik

BAKI, 12 noyabr - Sputnik. Türkiyənin heç bir sülhməramlısı Qarabağa göndərilməyəcək.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bildirib.

"Dağlıq Qarabağda Türkiyədən olan sülhməramlılar olmayacaq. Rusiya-Türkiyə monitorinq mərkəzi Qarabağ ərazisindən kənarda Azərbaycan ərazisində yerləşəcək", - deyə lavrov bildirib.  

O, əlavə edib ki, monitorinq rejimi distansiyalı rejimdə pilotsuz uçan aparatlar və digər texniki vasitələrin köməkliyi ilə fəaliyyət göstərəcək.
Rusiya XİN rəhbəri qeyd edib ki, Qarabağ üzrə hazırkı razılaşma, əvvəlkilərdən fərqlənir. Hazırda real monitorinq mərkəzi yaradılıb.

Bir qədər əvvəl isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Türkiyənin Qarabağda sülhməramlı missiyada iştirakı mövzusu müzakirə olunmayıb, belə razılaşmalar olmayıb.

"Biz əvvəlki kimi bu mövqedən çıxış edirik ki, Rusiya hərbçiləri sülhməramlı kimi çıxış edir, Türkiyəli hərbçilərlə qarşılıqlı əlaqə isə Azərbaycan ərazisində monitorinq çərçivəsində baş tutur", - deyə Peskov Türkiyənin sülhməramlılarının Qarabağda iştirakına dair bəyanatları barədə sualı cavablandırarkən qeyd edib.

O qeyd edib ki, bu məsələ müzakirə olunmayıb: "Məsələ bundan ibarətdir ki, biz dəfələrlə demişik ki, bu yalnız Moskva və Ankara arasında müzakirə mövzusu ola bilməz, buna Ermənistan və Azərbaycan razılıq verməlidir. Bu mövzu müzakirə olunmayıb, belə bir razılaşmalar əldə olunmayıb, iş davam edir".