BAKI, 12 noyabr — Sputnik. Türkiyə Naxçıvana dəmir yolu çəkmək niyyətindədir.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu bildirib.
"Qafqazdakı son hadisələr fonunda Naxçıvan istiqamətində bir dəmir yolu çəkməyi planlaşdırırıq. İlkin araşdırmalar tezliklə başa çatacaq", - deyə o bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan noyabrın 11-də Ankara ilə Moskvanın Qarabağdakı atəşkəsə nəzarət mərkəzinə dair bir memorandum imzaladıqlarını, "ortaq sülhməramlı missiya"da iştirak edəcəklərini qeyd etmişdi.