BAKI, 12 noyabr - Sputnik. Ermənistan parlamentinin növbədənkənar sessiyasının müzakirəsinin aparılacağı iclas yetərsay olmaması səbəbindən baş tutmayıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti-yə müxalifətçi "Çiçəklənən Ermənistan" fraksiyasının nümayəndəsi, parlamentin insan hüquqlarının qorunması və ictimai məsələlər üzrə daimi komissiyasının başçısı Naira Zöhrabyan deyib.
Çərşənbə günü Erməınistanda kütləvi etiraz aksiyaları keçirilib. İştirakçılar Qarabağda atəşkəsə dair bəyannaməni imzalayan Ermənistanın baş naziri Nikol Paşinyanın gecəyarısınadək istefa verməsini tələb edirdilər. Etirazçıların tələblərindən biri də onun istefasının müzakirəsi üçün parlamentin növbədənkənar sessiyasının çağırılması idi.
Zöhrabyanın sözlərinə görə, məhz Paşinyanın "Mənim addımım" fraksiyasının deputatları gəlmədiklərinə görə yetərsay olmayıb və iclas keçirilməyib.
O bildirib ki, sabah "Çiçəklənən Ermənistan" digər müxalifət partiyası "İşıqlı Ermənistan"la sonrakı fəaliyyəti müzakirə edəcəklər, çünki hakim fraksiyanın deputatları iclasda iştirak etmək niyyətində deyillər.