SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Kreml: Türkiyənin Qarabağda sülhməramlı missiyada iştirakı barədə razılaşma olmayıb

Peskov: Biz əvvəlki kimi bu mövqedən çıxış edirik ki, Rusiya hərbçiləri sülhməramlı kimi çıxış edir, Türkiyəli hərbçilərlə qarşılıqlı əlaqə isə Azərbaycan ərazisində monitorinq çərçivəsində baş tutur.
Sputnik

BAKI, 12 noyabr — Sputnik. Türkiyənin Qarabağda sülhməramlı missiyada iştirakı mövzusu müzakirə olunmayıb, belə razılaşmalar olmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz əvvəlki kimi bu mövqedən çıxış edirik ki, Rusiya hərbçiləri sülhməramlı kimi çıxış edir, Türkiyəli hərbçilərlə qarşılıqlı əlaqə isə Azərbaycan ərazisində monitorinq çərçivəsində baş tutur", - deyə Peskov Türkiyənin sülhməramlılarının Qarabağda iştirakına dair bəyanatları barədə sualı cavablandırarkən qeyd edib.

O qeyd edib ki, bu məsələ müzakirə olunmayıb: "Məsələ bundan ibarətdir ki, biz dəfələrlə demişik, bu, yalnız Moskva və Ankara arasında müzakirə mövzusu ola bilməz. Buna Ermənistan və Azərbaycan razılıq verməlidir. Bu mövzu müzakirə olunmayıb, belə bir razılaşmalar əldə olunmayıb, iş davam edir".