CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün iki rayonda su olmayacaq

Bu gün Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli su verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" ASC yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
Sputnik

BAKI, 12 noyabr — Sputnik. Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Bakının Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli su verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.