SƏHİYYƏ

Azərbaycanda yeni antirekord - 20 nəfər öldü

Ölkədə son sutka ərzində 11796, hazırkı dövrədək isə 1479638 test aparılıb. Ümumi ölənlərin sayı 905 nəfərdir. Ümumi yoluxanların sayı 70216 nəfər, ümumi sağalanların sayı 51986 nəfərdir.
Sputnik

BAKI, 12 noyabr — Sputnik. Azərbaycanda koronavirusa (COVID-19) 1622 yeni yoluxma faktı qeydə alınıb, 979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata istinadla xəbər verir ki, 20 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 17325 nəfərdir.

Ölkədə son sutka ərzində 11796, hazırkı dövrədək isə 1479638 test aparılıb.

Ümumi ölənlərin sayı 905 nəfərdir. Ümumi yoluxanların sayı 70216 nəfər, ümumi sağalanların sayı 51986 nəfərdir.