CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirusdan daha 18 nəfər öldü

Azərbaycanda indiyədək ümumilikdə 68594 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 51007 nəfər müalicə olunaraq sağalıb, 885 nəfər vəfat edib
Sputnik

BAKI, 11 noyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1202 yeni yoluxma faktı qeydə alınıb, 998 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 68594 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 51007 nəfər müalicə olunaraq sağalıb, 885 nəfər vəfat edib, aktiv xəstə sayı 16701 nəfərdir.