RUSİYA

Rusiyada bir gündə dörd yüzdən çox şəxs koronavirusdan öldü

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 51,4 milyonu keçib, 1,27 milyondan çox adam isə virus səbəbilə ölüb.
Sputnik

 

BAKI, 11 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 19851 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 432 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1836960-a çatıb. Rusiyada pandemiya yayılandan 31593 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1369357-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 51,4 milyonu keçib, 1,27 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.