RUSİYA

Kreml Qarabağa dair Türkiyə ilə əməkdaşlıq barədə

Qarşılıqlı fəaliyyət sahəsi Azərbaycan ərazisində olacaq. Bu, Qarabağ deyil, söhbət monitorinq mərkəzindən gedir.
Sputnik

BAKI, 11 noyabr — Sputnik. Rusiya və Türkiyə Qarabağ üzrə Azərbaycan ərazisindəki monitorinq mərkəzi vasitəsilə qarşılıqlı əlaqədə olacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Qarşılıqlı fəaliyyət sahəsi Azərbaycan ərazisində olacaq. Bu, Qarabağ deyil, söhbət monitorinq mərkəzindən gedir", - deyə Peskov Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya və Türkiyənin birgə sülhməramlıları barədə sözlərinə dair sualı cavablandırarkən bildirib.

O əlavə edib ki, mərkəz Qarabağda deyil, məhz Azərbaycan ərazisində yerləşəcək.