Hulusi Akar: "Bu 44 günlük hərəkat bitdi, amma bunun 44 il danışılacağına əmin olun"

O, həmçinin hərbi əməliyyat zamanı şəhid olanlara Allahdan rəhmət, yaralanan şəxslərə isə şəfa diləyib.
Sputnik

BAKI, 11 noyabr — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinin öz torpaqlarını işğaldan qurtarmaq üçün 44 günlük əməliyyat zamanı göstərdiyi qəhrəmanlıq və cəsarət təqdirə layiqdir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə Nazirliyində çıxışı zamanı bildirib.

"Bu 44 günlük hərəkat bitdi, amma bunun 44 il danışılacağına əmin olun. Gəlinən nöqtə bizi son dərəcə xoşbəxt etdi. Bu hərəkat bir oyanışdır. Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi. Azərbaycan tarixinə qızıl hərflərlə yazılası bir müvəffəqiyyət əldə etdiniz", - deyə Hulusi Akar qeyd edib.

O, həmçinin hərbi əməliyyat zamanı şəhid olanlara Allahdan rəhmət, yaralanan şəxslər isə şəfa diləyib.