Ermənistanda kütləvi həbslər başladı, müxalifətin lideri də saxlanıldı

Ermənistanda bu gün ölkə hakimiyyətinə qarşı böyük mitinqin keçirilməsi gözlənilirdi. Demək olar ki, mitinq liderlərinin böyük əksəriyyəti saxlanılıb.
Sputnik

BAKI, 11 noyabr — Sputnik. Ermənistanda kütləvi həbslər başlayıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumata əsasən Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni müxalifətinin lideri Qaqik Çarukyanı saxlayıb. Qeyd edək ki, Ermənistanda bu gün ölkə hakimiyyətinə qarşı böyük mitinqin keçirilməsi gözlənilirdi. Demək olar ki, mitinq liderlərinin böyük əksəriyyəti saxlanılıb.

Saxlanılanlar arasında Respublikaçı partiyasının nümayəndələrinin də olduğu bildirilir.