MƏDƏNİYYƏT

Azərbaycanlıların sevə-sevə izlədikləri film "Oskar"a namizəd olub

Rejissor Mehmet Ada Öztekinin ekranlaşdırdığı "7. Koğuştaki Mucize" filmi "Oskar" mükafatları mərasimində Türkiyəni təmsil edəcək
Sputnik

BAKI, 11 noyabr — Sputnik. Türkiyənin Ən Yaxşı Beynəlxalq Film nominasiyasında "Oskar" namizədinin adı açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, rejissor Mehmet Ada Öztekinin ekranlaşdırdığı "7. Koğuştaki Mucize" filmi "Oskar" Mükafatları Mərasimində Türkiyəni təmsil edəcək.

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi açıqlama yayıb.

Qeyd edək ki, baş rolunu Aras Bulut İynemlinin ifa etdiyi "7. Koğuştaki Mucize" filmi 5 milyon 316 min 933 nəfər izləyici ilə Türk kinosunda ən çox izlənən 8-ci film olaraq tarixə düşüb.