QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiyalı hərbçilər Qarabağda nə edəcəklər?

"Ənənəvi olaraq sülhməramlı missiyası zamanı təmas xəttində müşahidə məntəqələri yaradılır, onlar arasında patrul üçün marşrutlar təşkil olunur".
Sputnik

BAKI, 10 noyabr — Sputnik. Qarabağda Rusiya sülhməramlılarının əsas vəzifəsi atəşkəsə əməl edilməsinə nəzarət etmək və onun mümkün pozulma hallarının qeydə alınmasıdır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Viktor Muraxovski bildirib.

Qarabağda türk sülhməramlıları da olacaq? - Kreml və Ankaranın açıqlamaları

"Təbii ki, sülhməramlı qüvvələrin qərargahı təşkil olunur və bir qayda olaraq gecə-gündüz patrul təşkil olunacaq... Müvafiq jurnallar tutulur, pozuntu halları baş verirsə, qeyd olunur", - deyə Muraxovski qeyd edib.

Onun sözlərinə görə, ənənəvi olaraq sülhməramlı missiyası zamanı təmas xəttində müşahidə məntəqələri yaradılır, onlar arasında patrul üçün marşrutlar təşkil olunur: "Həmçinin sülhməramlılar texniki nəzarət vasitələri yerləşdirirlər. Adətən bu, radiolokasiya stansiyaları olur ki, onlar da atəşkəsi pozan artilleriyanın mövqeyini müəyyənləşdirməyə imkan verir".

Rusiyalı ekspert vurğulayıb ki, BMT-nin himayəsi altında olan sülhməramlılar da missiyaya gedəndə belə, bu, təşkilat tərəfindən müəyyənləşdirilmiş statusa malik olur: "Yəni, onlar heç kimi sülhə məcbur etmir, lakin sülhməramlılar özlərinə qarşı aqressiv fəaliyyət halında atəş açmaq hüququna malik olurlar. Digər hallarda onlar əsasən vəziyyəti qeydə alırlar. Yəni bu, sülhə məcburetmə əməliyyatı deyil".