BAKI, 10 noyabr — Sputnik. Pis günlər bitdi, gün qələbə günüdür, mübarək olsun! Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində edilən paylaşımda yer alıb.
"Azərbaycan Türkü qardaşlarımız bu atalar sözünü yaxşı bilirlər: "Pis günün ömrü az olur!"
Otuz il əvvəl yaşanan acılar bu gün başa çatır. Qəhrəman qardaşlarımız döyüş meydanında gücünü göstərdi və mərdliklə vuruşaraq qələbə qazandılar".
Pis günlər bitdi, gün qələbə günüdür, mübarək olsun!", - deyə məlumatda qeyd olunur.