QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Çavuşoğlu: Azərbaycan döyüş meydanında və danışıqlar masasında əhəmiyyətli qələbə qazandı"

"Bu mübarək uğuru ürəkdən təbrik edirəm. Can azərbaycanlı qardaşlarımızla bir millət, bir ürək olmağa davam edəcəyik"
Sputnik

BAKI, 10 noyabr — Sputnik. "Can Azərbaycan döyüş meydanında və danışıqlar masasında əhəmiyyətli bir qələbə qazandı". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb.

"Bu mübarək uğuru ürəkdən təbrik edirəm. Can azərbaycanlı qardaşlarımızla bir millət, bir ürək olmağa davam edəcəyik", - Mövlud Çavuşoğlu yazıb.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair razılaşma imzalanıb.