BAKI, 10 noyabr — Sputnik. "Həmkarım Mövlud Çavuşoğlu və bütün Türkiyə xalqına təşəkkür edirik". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov öz "Twitter" hesabında yazıb.
"Hər zaman Azərbaycan xalqının yanında olduğu, ölkəmizin haqq mövqeyinə qəti dəstəyini əsirgəmədiyi, sevincimizi və kədərimizi bölüşdüyü üçün qardaş Türkiyədən olan həmkarım Mövlud Çavuşoğlu və bütün Türkiyə xalqına təşəkkür edirik", - deyə Ceyhun Bayramov qeyd edib.
Hər zaman #Azərbaycan xalqının yanında olduğu, ölkəmizin haqq mövqeyinə qəti dəstəyini əsirgəmədiyi, sevincimizi və kədərimizi bölüşdüyü üçün qardaş Türkiyədən olan həmkarım @MevlutCavusoglu və bütün #Türkiyə xalqına təşəkkür edirik.#TekMilletIkiDevlet 🇦🇿🇹🇷 https://t.co/wGj85oXgZa
— Jeyhun Bayramov (@bayramov_jeyhun) November 10, 2020