FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Xalqın qüruru: Bakı bayrağımızın rənglərinə boyandı - FOTOLENT

Sputnik

Noyabrın 9-da Azərbaycan Dövlət Bayrağı Günü qeyd olunub. Bakıda bu günün necə keçməsinin Sputnik Azərbaycan-ın fotolentində izləyin.

Bu gün Azərbaycan paytaxtının küçələri dövlət bayrağının rənglərinə boyanmışdı - sakinlər Bayraq Gününü qeyd edirdilər. Hər yerdə Azərbaycan bayrağının rəngləri görünürdü, üçrəngli bayrağımız evlərin balkonlarında, avtomobillərin pəncərələrində, insanların əlləri və çiyinlərində dalğalanırdı. Bir çox vətəndaş bu günü Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini yad etməklə keçirib.

Azərbaycanın müstəqillik və suverenlik simvolu olan Dövlət Bayrağı, həmçinin Azərbaycan Ordusunun ölkə ərazisinin bütövlüyünü təmin etmək uğrunda apardığı mübərizənin simvoludur.

Azərbaycan bayrağı ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq olunub.

1991-ci il oktyabrın 18-də müstəqillik əldə etdikdən sonra Azərbaycan Ali Şurası üçrəngli, ay-ulduzlu bayrağı Azərbaycan Dövlət Bayrağı kimi qəbul edib.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib - 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur.

1 / 19
Bakı sakinləri Dövlət Bayrağı Gününü qeyd edirlər.
2 / 19
Vətəndaşlar Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini yad edirlər.
3 / 19

4 / 19
Bakı sakinləri Dövlət Bayrağı Gününü qeyd edirlər.
5 / 19
Vətəndaşlar Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini yad edirlər.
6 / 19

7 / 19

8 / 19

9 / 19
Bakı sakinləri Dövlət Bayrağı Gününü qeyd edirlər.
10 / 19
Vətəndaşlar Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini yad edirlər.
11 / 19

12 / 19
Bakı sakinləri Dövlət Bayrağı Gününü qeyd edirlər.
13 / 19
Bakı sakinləri Dövlət Bayrağı Gününü qeyd edirlər.
14 / 19
Bakı Dəmiryol Vağzalının binası üzərində Azərbaycan bayrağı.
15 / 19
Bakı sakinləri Dövlət Bayrağı Gününü qeyd edirlər.
16 / 19
Bakı sakinləri Dövlət Bayrağı Gününü qeyd edirlər.
17 / 19
Bakı sakinləri Dövlət Bayrağı Gününü qeyd edirlər.
18 / 19
Bakı sakinləri Dövlət Bayrağı Gününü qeyd edirlər.
19 / 19
Bakıda bina üzərində Azərbaycan bayrağı.