CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirusa dördrəqəmli yoluxma qeydə alındı

Nazirlər Kabineti yanında Operativ Qərargah: Koronavirus (COVID-19) infeksiyasına 1346 yeni yoluxma faktı qeydə alınıb
Sputnik

BAKI, 10 noyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1346 yeni yoluxma faktı qeydə alınıb, 598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 67392 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 50009 nəfər müalicə olunaraq sağalıb, 867 nəfər vəfat edib, aktiv xəstə sayı 16516 nəfərdir.

Ölkədə son sutka ərzində 9592, hazırkı dövrədək isə 1457177 test aparılıb.