QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocavənddə işğalçıların “Tor-M2KM” ZRK-sı vurulub - VİDEO

Azərbaycan silahlı qüvvələri planlı şəkildə işğalçıların ordusuna sarsıdıcı zərbələr endirməyə davam edirlər.
Sputnik

BAKI, 9 noyabr — Sputnik. Noyabrın 9-da saat 15:50-də cəbhənin Xocavənd istiqamətində düşmən tərəfindən fərdi yaşayış evlərinin arasında yerləşdirilmiş və aviasiya vasitələrimizə qarşı tətbiq olunan “Tor-M2KM” zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.