FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qəbələdə restavrasiya olunmuş alban kilsəsi açılıb - FOTOLENT

Sputnik

Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib.

Noyabrın 7-də Müqəddəs Məryəm Ana Alban kilsəsinin bərpadan sonra açılışı olub.

Heydər Əliyev Fondunun əməkdaşı Zəhra Hacıyeva bildirib ki, Fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində maddi-mədəni irsə, tarixi abidələrə dəyər verilir: “Hazırda Qarabağın işğaldan azad olunan ərazilərinə baxdıqda məlum olur ki, ermənilər tarixi abidələrə qarşı vandalizm aktları törədib, məscidləri dağıdıblar. Azərbaycan dövləti isə kilsələri təmir edərək gələcək nəsillərə çatdırmağa çalışır. Nic qəsəbəsindəki bu Alban-udi kilsəsinin tikintisinə XII əsrdə başlanılıb, XVIII əsrdə başa çatdırılıb. Sonradan bu kilsə ermənilərin əsarətinə düşüb, onlar tərəfindən dağıdılaraq yararsız hala salınıb. Heydər Əliyev Fondu kilsənin təmirinə başlayıb və bərpa işləri başa çatdırılaraq istifadəyə verilib. Bu, Nic qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən təmir edilən ikinci kilsədir. 2006-cı ildə udilərin kompakt şəkildə yaşadığı Nic qəsəbəsində “Cotari” Alban-udi kilsəsi təmir edilmişdi. Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var, xristianlarla müsəlmanlar bir yerdə həmişə mehriban yaşayıblar”.

Azərbaycan Alban-udi xristian dini icmasının sədri Robert Mobili isə qeyd edib ki, Nic qəsəbəsində Müqəddəs Məryəm Ana Alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunması və icmaya təhvil verilməsi tarixi hadisədir. Bu tarixi irsin yenidən bərpası Azərbaycanda multikultural dəyərlərə verilən önəmin bir göstəricisidir.

1 / 16
Yerli sakinlər, ictimaiyyətin nümayəndələri Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin əsaslı təmirindən sonra açılışında.
2 / 16
Alban-Udin Xristian Dini İcmasının sədr müavini Rafik Danakari Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin əsaslı təmirindən sonra açılış mərasimində.
3 / 16

4 / 16

5 / 16
Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin əsaslı təmirindən sonra açılış mərasimi.
6 / 16

7 / 16

8 / 16
Alban-Udin Xristian Dini İcmasının sədr müavini Rafik Danakari Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin əsaslı təmirindən sonra açılış mərasimində.
9 / 16

10 / 16
Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin əsaslı təmirindən sonra açılış mərasimi.
11 / 16

12 / 16
Alban-Udin Xristian Dini İcmasının sədr müavini Rafik Danakari Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin əsaslı təmirindən sonra açılış mərasimində.
13 / 16
Yerli sakinlər, ictimaiyyətin nümayəndələri Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin əsaslı təmirindən sonra açılışında.
14 / 16
Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi əsaslı təmirdən sonra.
15 / 16

16 / 16