Ermənistanda koronavirus tüğyan edir, ölənlərin sayı günbəgün artır

Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi: Ermənistanda son gündə daha 21 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1580-a çatıb.
Sputnik

BAKI, 9 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 107466-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1042 nəfər artıb.

Ermənistanda son gündə daha 21 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1580-a çatıb. Xəstəlikdən sağalanların sayı 64910 nəfər olub. Hazırda bu ölkədə 40569 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 50,4 milyonu keçib, 1,26 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.