QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilər min illik çinar ağacını məhv ediblər - Hikmət Hacıyev

Prezidentin köməkçisi: "Çinar və şam meşələri, o cümlədən min illik çinar ağacı məhv edilib. Vəhşi heyvanların da nəsli kəsilib".
Sputnik

BAKI, 9 noyabr — Sputnik. "Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında işğal dövründə Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakət faktlarını müəyyənləşdirib".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

"Çinar və şam meşələri, o cümlədən min illik çinar ağacı məhv edilib. Vəhşi heyvanların da nəsli kəsilib", - deyə H.Hacıyev qeyd edib.