QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Biz Şuşaya mədəniyyəti qaytarırıq. Biz onu bərpa edəcəyik"

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Şuşada bərpa ediləcək mədəniyyət müəssisələrinin sayını açıqlayıb.
Sputnik

BAKI, 9 noyabr — Sputnik. Şuşada bərpa ediləcək mədəniyyət müəssisələrinin siyahısı açıqlanıb. Sputnik Azərbaycan-n məlumatına görə, bunu Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov "Twitter" hesabında qeyd edib.

O, yazıb:

"Biz Şuşaya mədəniyyəti qaytarırıq. Biz onu bərpa edəcəyik".

A.Kərimov paylaşımında Şuşada bərpa ediləcək mədəniyyət müəssisələrinin sayını da açıqlayıb:

210 tarix-mədəniyyət abidəsi

20 mədəniyyət evi

19 kitabxana

8 musiqi məktəbi

7 muzey

1 qalereya

1 teatr.