BAKI, 9 noyabr — Sputnik. ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden yaxın günlərdə bütün qubernatorlara zəng etməyə başlayacaq.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bunu Baydenin baş məsləhətçisi deyib.
Onun sözlərinə görə, Co Bayden koronavirusun qışın gəlişi ilə bağlı daha ölümcül fazaya daxil olması səbəbilə hər kəsin məcburi maska taxması ilə bağlı qərar verməsini istəyəcək. Bayden qubernatorların bu çağırışa qoşulmayacağı təqdirdə şəhər merlərinə zəng edəcəyini söyləyib.