QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşada bərpa ediləcək mədəniyyət müəssisələrinin sayı açıqlanıb

Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Şuşada bərpa ediləcək mədəniyyət müəssisələrinin sayını açıqlayıb.
Sputnik

BAKI, 8 noyabr - Sputnik. “Biz Şuşaya mədəniyyəti qaytarırıq. Biz bərpa edəcəyik”.

APA-nın məlumatına görə, bunu Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov "Twitter" hesabında qeyd edib.

A.Kərimov paylaşımında Şuşada bərpa ediləcək mədəniyyət müəssisələrinin sayını açıqlayıb.

Bunlar aşağıdakılardır:

210 tarix-mədəniyyət abidəsi

20 mədəniyyət evi

19 kitabxana

8 musiqi məktəbi

7 muzey

1 qalereya

1 teatr.