Bu gün Azərbaycan xalqının əbədiyyən yadında qalacaq bir gündür. 28 il yarım işğal altında qalan Şuşa nəhayət şanlı Azərbaycan ordusu tərəfindən azad olundu. Bütün şəhərdə bayram əhval-ruhiyyəsi yaşansa da, bu günü bizə kimin yaşatdığı, bu bayramın nəyin bahasına başa gəldiyi heç kimin yadından çıxmayıb. Bakı sakinləri əllərində bayraq və qərənfillərlə, dillərində Azərbaycan himni Şəhidlər Xiyabanını ziyarət edərək, vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızı yad etdilər.