Bir az öncə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev Şuşa şəhərinin 28 illik yadelli tapdağı altında qalmasından sonra nəhayət Azərbaycan əsgəri tərəfindən işğaldan azad olunduğunu bəyan edib. Bu gün, hər azərbaycanlı üçün ən xoşbəxt gün adlandırıla bilər. Bu xəbəri eşidən bakılılar da həddə-hüduda sığmayan sevincini yollara çıxıb, bayram edərək göstərib.