BAKI, 8 noyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva sosial şəbəkədə maraqlı paylaşım edib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, paylaşımda deyilir:
"Əziz bacılar və qardaşlar!
İnanılmaz sevinci Mən həm də ona görə yaşayıram ki, bu gün Bizim Ailəmiz üçün də özəldir. Bu gün, Valideynlərimizin – Zərifə və Heydər Əliyevin nikah günüdür. Qardaşım – Azərbaycan Prezidenti İlham Əliyevə bu müqəddəs tarixi Bizim üçün belə böyük bir hadisəylə Şuşanın azad edilməsi ilə qeyd etdiyinə görə hədsiz dərəcədə minnətdaram. Hamımızı təbrik edirəm!
Hörmətlə, Sizin Sevil Əliyeva".